Bakı. Trend:
Fransa həbsxanalarında saxlanılan məhbusların sayı rekord həddə çataraq 90 min 900 nəfər təşkil edib.
Bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2025-ci il oktyabrın 1-dən etibarən məhbusların sayı 7,2 faiz artıb. Ölkə həbsxanalarında ümumilikdə 63 min 452 yer mövcuddur. Müəssisələrin orta doluluq səviyyəsi 143,3 faizə, istintaq təcridxanalarında isə 178 faizə çatıb.
Ədliyyə Nazirliyi həbsxanalarda əlavə 3 min yer yaratmağı planlaşdırır. Bununla belə, 2018-ci ildə nəzərdə tutulan 15 min yeni yerdən indiyədək yalnız 8 mini istifadəyə verilib.
Qeyd edək ki, Fransada həbsxanaların həddindən artıq sıxlığı və saxlanma şəraiti ilə bağlı problemlər dəfələrlə tənqid olunub.
