Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

İdman Xəbər 1 Noyabr 2026 19:13 (UTC +04:00)
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Bakı. Trend:

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

92 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə iranlı dünya mükafatçısı Əmirhüseyn Firuzpurbandpeylə qarşılaşıb.

Rəqibinə 6:0 hesabı ilə qalib gələn Ali Tsokayev dünya çempionatını fəxri kürsüdə başa vurub.

Bu nəticə ilə Azərbaycan millisinin turnirdə qazandığı medalların sayı altıya çatıb. Yığmanın aktivində iki qızıl, iki gümüş və iki bürünc medal var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti