Parisdə Molotov kokteyli ilə hədəfə alınan jandarm ayaq biləyindən xəsarət alıb (VİDEO)

Dünya xəbərləri Xəbər 31 Oktyabr 2026 23:57 (UTC +04:00)
Parisdə Molotov kokteyli ilə hədəfə alınan jandarm ayaq biləyindən xəsarət alıb (VİDEO)

Bakı. Trend:

Bu gün oktyabrın 31-də Parisdə keçirilən etiraz aksiyası zamanı Molotov kokteyli ilə hədəfə alınan jandarm ayaq biləyindən xəsarət alıb.

Bu barədə Fransa Milli Jandarmeriyası məlumat verib.

Günün əvvəlində sosial şəbəkələrdə yayımlanan videoda mobil jandarm bölməsinin əməkdaşlarının atılan yandırıcı vasitənin hədəfinə çevrildiyi görünür. Hərbçilərdən biri alova büründükdən sonra hadisə yerindən qaçır. Digər videoda isə onun həmkarları və köməyinə gələn bir etirazçı tərəfindən alovun söndürüldüyü əks olunub.

Məlumata görə, xəsarət alan jandarm bölüyə rəhbərlik edən kapitan olub. O, ikinci dərəcəli yanıq xəsarəti almasına baxmayaraq, “işinə qayıtmaq” istədiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti