Bərdədə avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Hadisə Xəbər 31 Oktyabr 2026 13:03 (UTC +04:00)
Bərdədə avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xəsarət alıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza keçmiş məcburi köçkünlər üçün salınmış 588 saylı qəsəbənin ərazisində baş verib.

Qəsəbə sakini, 2009-cu il təvəllüdlü Şirin Səfərzadə İlham oğlu idarə etdiyi “VAZ-21011” markalı, 02-BC-021 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti