Bakı.Trend:
Azərbaycandan Tunisə neft ixracının həcmi 2,3 dəfə artıb.
Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarətin gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Tunisə 266,3 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 429,4 min ton xam neft və neft məhsulları ixrac edilib.
Trend-in bu məlumatlar əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 164 milyon dollar və ya 2,6 dəfə, həcmi isə 242,4 min ton və ya 2,3 dəfə artıb. Hesabat dövrünün yekunlarına əsasən, Tunis Azərbaycandan ən çox neft idxal edən ölkələr arasında 16-cı yerdə qərarlaşıb.
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Tunisə 102,3 milyon dollar dəyərində bitumlu süxurlardan alınmış 187 min ton xam neft və neft məhsulları ixrac edilib.
Qeyd edək ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycandan neft ixracı dəyər ifadəsində 13 faiz artıb.
Agentliyin hesablamalarına görə, yanvar-sentyabr aylarında Azərbaycandan digər ölkələrə 10,103 milyard dollar dəyərində bitumlu süxurlardan alınmış 15,830 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 1,164 milyard dollar və ya 13 faiz artıb. Bununla yanaşı, ixracın fiziki həcmi 1,166 milyon ton və ya 6,9 faiz azalıb.
