Ərdoğan və Tramp Türk Dövlətləri Təşkilatının sammitini müzakirə ediblər

Dünya xəbərləri Xəbər 29 Oktyabr 2026 22:21 (UTC +04:00)
Ərdoğan və Tramp Türk Dövlətləri Təşkilatının sammitini müzakirə ediblər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp telefon danışığı aparıblar.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

“ABŞ Prezidenti Donald Tramp oktyabrın 29-da Respublika Günü və Türk Dövlətləri Təşkilatının sammiti münasibətilə təşkil olunan liderlərin iştirakı ilə şam yeməyi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana zəng edib”, – deyə Administrasiyanın məlumatında bildirilib.

Ərdoğan ABŞ prezidentinə şam yeməyində iştirak edən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının salamlarını çatdırıb. Türkiyə Prezidenti Trampa bildirib ki, sammitdə əhalisi 200 milyondan çox olan və Mərkəzi Asiyada sabitlik və təhlükəsizlik mərkəzinə çevrilmiş Türk Dövlətləri Təşkilatının inkişafına töhfə verəcək qərarlar qəbul olunacaq.

Administrasiyanın məlumatına görə, Tramp da öz növbəsində Ərdoğana Türk Dövlətləri Təşkilatının sammitinin uğurla keçirilməsini arzulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti