Bakı. Trend:
Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin çəkiliş qrupuna hücum olub.
Məlumata görə, oktyabrın 28-də məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gedən telekanal əməkdaşları məktəbin həyətində bir qrup şəxsin hücumuna məruz qalıblar.
İddia olunur ki, hücum məktəbin qarovulçusunun təhriki ilə baş verib. Nəticədə telekanalın operatoru və stajoru müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Jurnalistlər hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat veriblər.
Trend-in Əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var.
Faktla bağlı araşdırma aparılır.
