Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü keçirilir (FOTO)

Cəmiyyət Xəbər 28 Oktyabr 2026 10:15 (UTC +04:00)
Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü keçirilir (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunan tədbir oktyabrın 27–28-ni əhatə edir.

Tədbirdə İƏT-ə üzv 57 dövlətdən 48-nin nümayəndələri də daxil olmaqla, 250-dən çox şəxsin iştirakı gözlənilir. Onların arasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksəkvəzifəli nümayəndələri, həmçinin üç müşahidəçi dövlətin təmsilçiləri var.

Görüşün ikinci günü xarici nümayəndələr və baş prokurorlarla müsahibələrin, daha sonra isə tədbirin bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti