ABŞ-nin dövlət borcu rekord həddə çatıb

Dünya xəbərləri Xəbər 28 Oktyabr 2026 08:11 (UTC +04:00)
ABŞ-nin dövlət borcu rekord həddə çatıb

Bakı. Trend:

ABŞ-nin dövlət borcu rekord həddə çatıb.

Oktyabrın 26-na olan vəziyyətə əsasən, ölkənin dövlət borcu 40,52 trilyon dollar təşkil edib. Borc 2025-ci ilin oktyabrında 38 trilyon dolları, 2026-cı ilin avqustunda isə 40 trilyon dolları ötüb. Beləliklə, son 10 ildən az müddətdə dövlət borcu 20 trilyon dollar artıb.

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun hesablamalarına görə, dövlət xərcləri və vergi siyasətində islahatlar aparılmadığı təqdirdə, ABŞ-nin dövlət borcu növbəti altı ildə 50 trilyon dollara çata bilər.

Xəbər lenti

Xəbər lenti