“Milan” Bruno Fernandeşi transfer etmək istəyir

İdman Xəbər 28 Oktyabr 2026 02:58 (UTC +04:00)
“Milan” Bruno Fernandeşi transfer etmək istəyir

Bakı. Trend:

“Milan” yanvar ayında “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşi transfer etmək istəyir.

Bu barədə "Calciomercato" məlumat yayıb. Mənbənin məlumatına görə, portuqaliyalı futbolçunun İngiltərə Premyer Liqasında “Bornmut”a qarşı keçirilən və 0:3 hesabı ilə başa çatan matçda ehtiyat oyunçular skamyasında qalmasından sonra klubla münasibətləri pisləşib.

“Milan”a Bruno Fernandeşi yaxından tanıyan Ruben Amorim rəhbərlik edir. Fernandeş artıq yanvar ayında transferini tələb edə bilər.

Portuqaliyalı futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir və daha bir mövsüm uzadılma opsiyasını nəzərdə tutur. Müqavilədə xarici klublar üçün 65 milyon avroluq sərbəstqalma məbləği də müəyyən edilib ki, bu da İtaliya klubunun maliyyə imkanlarını aşır.

Xəbər lenti

Xəbər lenti