Bakı.Trend:
Azərbaycanda AZIPS sistemində aparılan əməliyyatların həcmi 36 faiz artıb.
Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletenə əsasən, cari ilin sentyabr ayında Azərbaycanın Real Vaxt Rejimində Milli Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılan əməliyyatların həcmi 95,103 milyard manatı ötüb, əməliyyatların sayı isə 215,3 minə çatıb.
Trend-in bankın məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin eyni ayı ilə müqayisədə bu sistem vasitəsilə aparılan əməliyyatların həcmi 25,182 milyard manatdan çox və ya 36 faiz, sayı isə 12,1 min vahid və ya 5,9 faiz artıb.
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 9.5% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 11.0% artmış, kredit kartlarının sayı isə 3.9% azalmışdır.
İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən
ilin müvafiq dövrü ilə müqayisədə 11.7% artmışdır. 2026-ci ilin
sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili
nağdsız ödənişlərin həcmi 8,977 mln. manat təşkil etmişdir. Həyata
keçirilən nağdsız ödənişlərin 7,755 mln. manatı elektron ticarətin
payına düşür. Qalan məbləğin 1,220 mln. manatı POS-terminallar,
2
mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə
gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız
ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının
69.7%-ni təşkil etmişdir.
