İstifadəçilər “iPhone Duo”nun ekran problemlərindən şikayətlənirlər

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 05:23 (UTC +04:00)
İstifadəçilər “iPhone Duo”nun ekran problemlərindən şikayətlənirlər

Bakı. Trend:

Bəzi “iPhone Duo” smartfonlarının qatlanan ekranlarında nasazlıqlar yaranıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, istifadəçilər ekranın qatlanma xətti boyunca çatların əmələ gəlməsindən, ağ ləkələrdən və görüntünün itməsi hallarından şikayətlənirlər. Bəzi cihazlarda ekranın altında qabarıqlıq yarandığı da bildirilir.

“Apple” şirkəti az sayda cihazın daxili ekranında problemlər olduğunu təsdiqləyib və nasazlıqla üzləşən istifadəçilərə dəyişdirilmə üçün “AppleCare” xidmətinə müraciət etməyi tövsiyə edib. Şirkət, eyni zamanda, bu modelin əksər cihazlarının normal işlədiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti