Bakı. Trend:
Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin
ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər
tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona
görə də sahillərin təmiz saxlanması ətraf mühitin qorunmasının ən
sadə və təsirli addımlarından biridir. Bu məqsədlə Yelo Bank-ın hər
il təşkil etdiyi “Parlaq sahillər” aksiyasının növbəti ünvanı
Hövsan qəsəbəsinin sahil zolağı olub.
Könüllülük əsasında təşkil olunan aksiyada onlarla Yelo əməkdaşı
iştirak edib. Təmizlik zamanı sahildən 1 tona yaxın tullantı
toplanıb. Yığılan tullantılar növlərinə görə çeşidlənib, təkrar
emal prosesinə yönəldilmək üçün müvafiq təşkilata təhvil
verilib.
“Parlaq sahillər” aksiyası əməkdaşlara iş mühitindən kənarda bir
araya gəlmək və ictimai faydalı işə birgə töhfə vermək imkanı da
yaradır. Yelo Bank bu təşəbbüsü gələcəkdə etdirməyi, yeni ərazilərə
çıxmağı və ekoloji mövzuda layihələrin sayını artırmağı
planlaşdırır.
Kredit pul almaq
istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!