Nigeriyada aşkarlanan "Ebola" virusunun Keniyadakı ştammla əlaqəsi müəyyən edilib

Dünya xəbərləri Xəbər 24 Oktyabr 2026 22:00 (UTC +04:00)
Nigeriyada aşkarlanan "Ebola" virusunun Keniyadakı ştammla əlaqəsi müəyyən edilib

Bakı. Trend:

Nigeriyada qeydə alınan "Ebola" virusu genetik baxımdan Keniyada aşkar edilmiş bu xəstəliyin ştammı ilə əlaqəlidir.

Bu barədə "Arise News" telekanalı Nigeriyanın səhiyyə və sosial rifah üzrə əlaqələndirici naziri Ali Peytə istinadən məlumat yayıb.

“Bu hal, görünür, Keniyada baş vermiş epidemiya ilə genetik baxımdan əlaqəlidir”, – deyə telekanal onun sözlərini sitat gətirib. “Genom analizlərinin nəticələrinə əsasən, hələlik deyə biləcəyimiz budur. Ştammın Keniyadan gətirildiyinə dair sübut yoxdur, lakin əlaqə açıq şəkildə görünür”.

Onun sözlərinə görə, analizlər Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin laboratoriyalarında, eləcə də Osun ştatının Ede şəhərində yerləşən Redemir Universitetində aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti