Serbiyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Dünya xəbərləri Xəbər 25 Oktyabr 2026 02:19 (UTC +04:00)
Serbiyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Serbiyada Xalq Skupşinasına (birpalatalı parlament) növbədənkənar seçkilər keçiriləcək.

Ölkənin Respublika Seçki Komissiyası (RSK) 6 451 292 seçicini qeydə alıb. Onlar dörd il müddətinə 250 deputat seçəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00-da) açılacaq və saat 20:00-da (Bakı vaxtı ilə 23:00-da) bağlanacaq. RSK-nın məlumatına görə, səsverməni 16 mindən çox müşahidəçi, o cümlədən 622 xarici müşahidəçi izləyəcək.

Oktyabrın 23-də gecə yarısı başlayan seçkiqabağı təşviqatın qadağan olunduğu dövr seçki məntəqələri bağlananadək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti