Rusiya-Ukrayna-ABŞ danışıqları ilə bağlı yeni detallar məlum oldu

Dünya xəbərləri Xəbər 24 Oktyabr 2026 13:16 (UTC +04:00)
Rusiya-Ukrayna-ABŞ danışıqları ilə bağlı yeni detallar məlum oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların növbəti raundu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə və ya İsveçrədə keçirilə bilər.

Bu barədə “Sky News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, görüşün yaxın iki həftə ərzində keçirilməsi ehtimal olunur. “Sky News”un həmsöhbəti dəqiqləşdirib ki, danışıqların məqsədi növbəti mərhələdə liderlər səviyyəsində görüşün keçirilməsidir. Bununla belə, bu məqsədə nail olmaq üçün hələ çox iş görülməlidir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların üçtərəfli formatda noyabrın ilk yarısında Əbu-Dabidə keçirilməsinin planlaşdırıldığını bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti