Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron ötən gün Parisin qərbində baş verən silahlı insident barədə danışıb. O 1 nəfərin ölümü, 5 nəfərin yaralandığı hücumu ölkə tarixində “dönüş nöqtəsi” adlandırıb.
Bu barədə Fransa mediası məlumat yayıb.
Makronun sözlərinə görə, hücum qurbanların dəri rənginə və ya sitayiş etdiyi dinə görə baş verib. Fransa Prezidenti hadisəni terror xarakterli və irqçi hücum kimi qiymətləndirib.
Ölən şəxsin və yaralananların immiqrantlar olduğu, hücumu isə
millətçi Fransanın təşkil etdiyi əsas versiya sayılır.
Hadisə Fransa Prezidenti Emmanuel Makronun uğursuz daxili və xarici
siyasəti fonunda ölkədə vüsət alan iğtişaşlar zamanı baş verib.
Xatırladaq ki, hadisə oktyabrın 23-də Parisin qərbində yerləşən Trapp şəhərində baş verib. Məlumata görə, boz rəngli “Renault” markalı avtomobildə hərəkət edən şəxs yanacaqdoldurma məntəqəsi, tibb mərkəzi və uşaq meydançası yaxınlığında atəş açıb. Nəticədə 26 yaşlı qaradərili kişi həlak olub, aralarında 12 yaşlı qızın da olduğu beş nəfər yaralanıb. Şübhəli bilinən 39 yaşlı kişi qonşu Kuanyer kommunasında saxlanılıb. Hadisə ilə bağlı Fransa antiterror prokurorluğu araşdırma aparır.