Həftəsonu yola çıxan sürücülərə xəbərdarlıq var

Cəmiyyət Xəbər 24 Oktyabr 2026 11:03 (UTC +04:00)
Həftəsonu yola çıxan sürücülərə xəbərdarlıq var
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu yollarda hərəkət intensivliyinin artması və əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən bildirilib ki, ölkədə müşahidə olunan yağışlı və dumanlı hava yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında duman və çiskin görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdıraraq digər hərəkət iştirakçılarının, yol nişanlarının və nişanlama xətlərinin vaxtında görünməsini çətinləşdirir.

BDYPİ şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərlə müqayisədə artacağını nəzərə alaraq, səfərə çıxan sürücülərə daha diqqətli olmağı və sürəti yol-hava şəraitinə uyğun seçməyi tövsiyə edib.

Sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmamaq, dayanma, durma, parklanma, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək çağırışı da olunub.

İdarə hərəkət iştirakçılarını özlərinin və doğmalarının təhlükəsizliyi naminə tövsiyələrə biganə qalmamağa çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti