Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN) 82 kiloqram narkotik və 6 365 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb.
DİN-in məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakıda, Gəncədə və Sumqayıtda əməliyyatlar keçiriblər.
Tədbirlər zamanı Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6 365 ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb.
DİN-in bildirdiyinə görə, araşdırmalar zamanı saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
