Bakı. Trend:
Oktyabrın 22-də Çinin Tibet bölgəsində 7 maqnitudalı zəlzələ baş verib.
"Reuters" agentliyinin xəbərinə görə, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 22:33 radələrində qeydə alınıb.
Zəlzələnin episentri Tibetin şimalındakı Naqçu şəhər dairəsinin yüksək dağlıq ərazisində, 10 kilometr dərinlikdə yerləşib.
Çin Zəlzələ Şəbəkələri Mərkəzinin məlumatına görə, zəlzələ hiss olunub.
