Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu 2031-ci ilə qədər Azərbaycanın real ÜDM artımı üzrə proqnozlarını yeniləyib.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə oktyabr ayı Regional İqtisadi İcmalında bildirilir.
Hesabata əsasən, ölkənin 2026-cı il üçün real ÜDM artımı 1,7 faiz səviyyəsində proqnozlaşdırılır, halbuki aprel hesabatında bu göstərici 2,2 faiz təşkil edirdi. Həmçinin 2027-ci il üçün proqnozlar 2,5 faizdən 2,3 faizə endirilib, 2031-ci il üçün isə proqnozlar dəyişməyərək 2,5 faiz səviyyəsində qalıb.
Xəbər yenilənəcək
