Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Bu barədə UEFA məlumat yayıb.
“Mançester Siti”dən Fil Foden, “Komo”dan Niko Pas, “Napoli”dən Skott Maktominey və “Liverpul”dan Rio Nquma bu ada namizəddir.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.