ABŞ Səudiyyə Ərəbistanından bəzi dövlət qulluqçularını təxliyə edir

Dünya xəbərləri Xəbər 22 Oktyabr 2026 00:58 (UTC +04:00)
ABŞ Səudiyyə Ərəbistanından bəzi dövlət qulluqçularını təxliyə edir

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanından Amerika dövlət qurumlarının bəzi əməkdaşlarının təxliyə olunması barədə göstəriş verib.

Bu barədə qurumun nümayəndəsi Tommi Piqqott "X" sosial şəbəkəsində yazıb.

“ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanından kritik əhəmiyyətli vəzifələrdə çalışmayan dövlət qulluqçularının və onların ailə üzvlərinin ölkədən çıxarılması barədə göstəriş verib”, – deyə diplomat bildirib.

Qeyd edək ki, oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda ABŞ-ın Səudiyyə Ərəbistanının Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatının (husilər) mövqelərinə endirdiyi zərbələrə qoşulub-qoşulmayacağı ilə bağlı qərar verəcəyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti