Bakı.Trend:
Vaşinqtonun və ABŞ Prezidenti Donald Tramp administrasiyasının yardımı olmasaydı, Ukrayna artıq mövcud olmazdı.
"Bloomberg" agentliyinin məlumatına görə, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.
“ABŞ-nin, o cümlədən Tramp administrasiyası dövründə göstərdiyi yardım olmasaydı, hazırda Ukrayna mövcud olmazdı. O, suveren dövlət kimi mövcudluğunu davam etdirə bilməzdi”, – Rubio Hindistanda jurnalistlərə açıqlamasında bildirib.
ABŞ dövlət katibi bu açıqlamanı Amerika KİV-lərində milyarder İlon Maskın Ukraynada "Starshield" peyk rabitə sisteminin fəaliyyətinin məhdudlaşdırılmasında guya iştirakına dair yayılan məlumatı şərh edərkən verib. Rubionun sözlərinə görə, Tramp administrasiyası bu cür məhdudiyyətlərin tətbiqinə icazə verməyib.
İlon Maskın sahib olduğu "SpaceX" şirkətinin Starshield sistemi hərbi və dövlət qurumları üçün nəzərdə tutulan, gücləndirilmiş şifrələmə imkanlarına malik peyk rabitəsi xidmətidir. Ukraynada bu texnologiya hərbi bölmələr arasında rabitənin təmin edilməsi, pilotsuz uçuş aparatlarının idarə olunması və döyüş meydanında məlumat mübadiləsi baxımından əhəmiyyət daşıyır. Sistemin fəaliyyətində yaranan məhdudiyyətlər Ukrayna qüvvələrinin dron əməliyyatlarına və hava hücumundan müdafiə fəaliyyətinə maneələr yarada bilər.
