Bakı. Trend:
Oktyabrın 20-də gecə saatlarında 3 nəfər Lerikin dağlıq ərazisində qanunsuz qazıntı apararaq qızıl axtarışına çıxıb.
Trend-in məlumatına görə, həmin şəxslər polis tərəfindən müəyyən ediliblər.
Saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd edən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq ölüb. Digər şəxs E. Kərimov saxlanılıb.
Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu götürülüb.
Üçüncü şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
