Bakıda iki prokurorun yeri dəyişdirildi

Cəmiyyət Xəbər 20 Oktyabr 2026 12:51 (UTC +04:00)
Bakıda iki prokurorun yeri dəyişdirildi
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Baş prokuror Kamran Əliyev müvafiq əmrləri imzalayıb.

Digər əmrlə Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa, Baş prokurorun müvafiq əmrinə əsasən Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti