Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib

Cəmiyyət Xəbər 19 Oktyabr 2026 20:31 (UTC +04:00)
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Sərnişinin səhhətində yaranan problemə görə Sürix–Şanxay reysini yerinə yetirən təyyarə Bakıya məcburi eniş edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-da “SWISS” aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib:

"Buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub. “Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib. Hava limanında sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib".

"Reysin davam etdirilməsi hava gəmisinin kapitanının qərarına əsasən həyata keçiriləcək", - deyə məlumatda qeyd edib.

Xəbər lenti

Xəbər lenti