Sumqayıtda tikilinin damında təmir işləri aparan şəxs xasarət alıb

Cəmiyyət Xəbər 18 Oktyabr 2026 19:26 (UTC +04:00)
Sumqayıtda tikilinin damında təmir işləri aparan şəxs xasarət alıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində vətəndaşın tikilinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaş, 1985-ci il təvəllüdlü Məmmədov Məhəbbət İldırım oğlunun tikilinin damında təmir işləri apararkən müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər təhlükəli vəziyyətdə qalan şəxsə yerində ilkin yardım göstərdikdən sonra xüsusi xilasetmə vasitələrinin köməyi ilə aşağı endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti