Bakı. Trend:
Azərbaycan gimnastları Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya kubokunda daha bir qızıl medal qazanıblar.
Bu barədə bazar günü Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
“Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda 51,510 xal toplayaraq qızıl medalın sahibi olublar”, – deyə Federasiyadan bildirilib.