Fransada iğtişaşlar: 1200 nəfər saxlanılıb, 150 polis və jandarm əməkdaşı xəsarət alıb

Dünya xəbərləri Xəbər 18 Oktyabr 2026 10:21 (UTC +04:00)
Fransada iğtişaşlar: 1200 nəfər saxlanılıb, 150 polis və jandarm əməkdaşı xəsarət alıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Baş naziri Sebastyan Lekornü dünən axşam Parisdə səfərbər edilmiş CRS (Respublika Təhlükəsizlik Birlikləri) əməkdaşları ilə görüşüb.

Oktyabrın 17-də baş verən hadisələrlə bağlı ilkin məlumata əsasən, nümayişlər zamanı törədilən zorakılıq əməlləri nəticəsində 1 200 nəfər saxlanılıb, 150 polis və jandarm əməkdaşı xəsarət alıb.

Baş nazir “Artıq seçim etmək vaxtıdır: ya Respublikanın, ya da dağıntılar törədənlərin tərəfində olmaq lazımdır”, — deyə bəyan edib. Onun fikrincə, artıq “geri dönüşü olmayan nöqtə” keçilib.

Bir qədər əvvəl keçirdiyi mətbuat brifinqində daxili işlər naziri Loran Nünez iki polis əməkdaşının huşsuz vəziyyətdə xəstəxanaya çatdırıldığını bildirib. Onlardan biri atılan səki daşının zərbəsi nəticəsində xəsarət alıb.

Luara departamentinin prefekturasının məlumatına görə, Sen-Etyen şəhərində 17 yaşlı yeniyetmə “əlindən ağır xəsarət alıb”. Prokurorluq hadisə ilə bağlı araşdırma başladıb və işi Milli Polis Müfəttişliyinə həvalə edib.

Ədliyyə naziri Jerald Darmanen prokurorluqlardan “son dərəcə sərt hüquqi tədbirlər” görülməsini tələb edib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, yanğınsöndürənlərə, dövlət binalarına və ticarət obyektlərinə qarşı zorakılıq törədən şəxslər barəsində məhkəməyədək həbs qətimkan tədbirinin seçilməsini istəyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti