Füzulidə Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib (FOTO)

Mədəniyyət Xəbər 17 Oktyabr 2026 16:24 (UTC +04:00)
Füzulidə Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Oktyabrın 17-də Füzuli Şəhəri Günü münasibətilə şəhərdə konsert proqramı təşkil olunub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilən konsertdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, Füzuli sakini, Əməkdar artist Nizami Abdullayev, Ağabala Abdullayev və rəqs ansamblı çıxış ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar təqdim olunub, milli rəqslər nümayiş etdirilib.

Tədbir çərçivəsində Füzulinin mədəni həyatına, milli musiqi və rəqs sənətinin təbliğinə diqqət yetirilib.

Qeyd edək ki, 17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə şəhərdə bir sıra ictimai-mədəni tədbirlər təşkil olunur. Tədbirlər Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirlərin məqsədi Füzulinin işğaldan azad olunmasının ildönümünü qeyd etmək, milli-mənəvi dəyərləri yaşatmaq, şəhər sakinlərinin asudə vaxtını səmərəli təşkil etmək və Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıdan ailələrlə bayram sevincini bölüşməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti