Bakı. Trend:
Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu təlimin gedişatını izləyiblər.
Əvvəlcə təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və
qiymətləndirmə haqqında ətraflı məlumat verilib, qarşıda duran
məqsədlər izah olunub.
Sonra təlim iştirakçıları tərəfindən tapşırıqlar praktiki olaraq
yerinə yetirilib.
Bölmələrin fəaliyyəti, həmçinin şəxsi heyətin hazırlığı, bilik və
bacarıqları təlimin gedişatını izləyənlər tərəfindən yüksək
qiymətləndirilib.
Sonda fərqlənən hərbi qulluqçulara sertifikat, fəxri fərman və
digər mükafatlar təqdim edilib.
