Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Dünya xəbərləri Xəbər 17 Oktyabr 2026 03:06 (UTC +04:00)
Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına nəzarət üzrə razılaşmaların əldə olunacağına əminliyini ifadə edib.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Düşünürəm ki, onlarla razılaşma əldə edə bilərəm. Müəyyən müddət ərzində buna nail olacağam. Bunun mütləq bu il baş verməsi vacib deyil”, – deyə o bildirib.

Trampın sözlərinə görə, o, nüvə silahlarına nəzarət məsələsini Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə danışıqlarda da müzakirə edib.

Ağ Evin məlumatına görə, Tramp sentyabrda Si Cinpinin ABŞ-yə səfəri zamanı üç ölkə arasında silahlara nəzarət üzrə danışıqların aparılmasını dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti