Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

Dünya xəbərləri Xəbər 17 Oktyabr 2026 12:38 (UTC +04:00)
Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

Bakı.Trend:

Qaraciyər xərçənginin müalicəsi üçün hazırlanmış yeni “Hepatoren-MRNTS” preparatı klinik tədqiqatların birinci və ikinci mərhələlərini uğurla keçib.

Bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, preparatın dünyada analoqu yoxdur. Dərman ilkin və metastatik qaraciyər xərçəngi olan xəstələrin müalicəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, qaraciyər xərçəngi dünyada ən ağır onkoloji xəstəliklərdən biri hesab olunur. Xəstəlik çox vaxt gec mərhələdə aşkarlandığından müalicə imkanları məhdudlaşır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti