Əhmədlidən Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə veriləcək

Cəmiyyət Xəbər 16 Oktyabr 2026 18:46 (UTC +04:00)
Əhmədlidən Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə veriləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 18-dən metronun “Əhmədli” stansiyasından Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin “Quşçuluq” yaşayış massivinə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Marşrut xəttində sıxılmış təbii qaz (CNG) texnologiyası ilə təchiz edilmiş ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri istismar olunacaq.

Avtobuslar saat 06:00-dan 23:00-dək 12-15 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Marşrut üzrə gedişhaqqı 0,80 manat müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti