Oreqonda məktəbdə atışma: 3 uşaq və bir böyük öldürülüb

Dünya xəbərləri Xəbər 16 Oktyabr 2026 09:37 (UTC +04:00)
Oreqonda məktəbdə atışma: 3 uşaq və bir böyük öldürülüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Oreqon ştatında məktəbdə baş verən atışma nəticəsində üç uşaq və bir böyük həyatını itirib.

Bu barədə CBS telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

CNN-in məlumatına görə, atəş açan şəxs 16 yaşlı yeniyetmə olub. Ölən uşaqların 5-11 yaşlarında olduğu bildirilir.

Daha əvvəl yerli hakimiyyət orqanları atəş açan şəxsin öldüyünü açıqlayıb. Hüquq-mühafizə orqanları yeniyetmənin həmin təhsil müəssisəsi ilə əlaqəsinin olub-olmadığını araşdırır.

Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Qeyd edək ki, ABŞ-da məktəblərdə silahlı insidentlər hər il qeydə alınır. K-12 School Shooting Database məlumatlarına görə, 2023-cü ildə ölkənin ibtidai və orta təhsil müəssisələrində 352, 2024-cü ildə 336, 2025-ci ildə isə 232 atışma hadisəsi qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti