Gəncin kollektora düşərək ölməsində təqsirləndirilən şəxsə cəza istənilib

Cəmiyyət Xəbər 15 Oktyabr 2026 13:10 (UTC +04:00)
Gəncin kollektora düşərək ölməsində təqsirləndirilən şəxsə cəza istənilib

Bakı. Trend:

Yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölməsi ilə bağlı açılan cinayət işində təqsirləndirilən Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə davam edib.

Trend xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə prokuror çıxış edib.

Prokuror Azər Cümşüdovun 3 il müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası 29 oktyabrda keçiriləcək.

Qeyd edək ki, iyunun 26-da Nərimanov rayonunda axşam saatlarında baş verib. 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb. Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti