"Barselona" futbolçusuna 100 milyon avro qiymət qoyacaq

İdman Xəbər 14 Oktyabr 2026 23:25 (UTC +04:00)
"Barselona" futbolçusuna 100 milyon avro qiymət qoyacaq

Bakı. Trend:

"Barselona" yarımmüdafiəçi Mark Bernalın müqaviləsinin müddətini artıracaq.

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

La Liqa nəhəngi artıq İspaniyalı futbolçu ilə razılıq əldə edib. Yaxın günlərdə Bernalla 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. Yeni anlaşmada 19 yaşlı oyunçunun sərbəstqalma məbləği 500 milyon avro təyin ediləcək.

Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti