Təhlükəli virusdan ölənlərin sayı 4300-ü keçdi

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 10:18 (UTC +04:00)
Təhlükəli virusdan ölənlərin sayı 4300-ü keçdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Konqo Demokratik Respublikasında (KDR) may ayından bəri Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı 9 mini ötüb, 4,3 mindən çox xəstə həyatını itirib.

TASS-ın məlumatına görə, bu barədə ölkənin İctimai Səhiyyə, Gigiyena və Sosial Təminat Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumat bülletenində qeyd olunub ki, “KDR-də epidemiyanın başlanğıcından indiyədək 9 066 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 4 381 nəfər isə xəstəlikdən vəfat edib”. Ölüm faizi 48,3 faiz təşkil edir.

Ebola epidemiyasının əsas ocağı olaraq İturi əyaləti qalır. Yoluxma hallarının ümumi sayının 73,8 faizi və yeni yoluxma hallarının 63,6 faizi bu əyalətin payına düşür. Ümumilikdə, epidemiya KDR-in yeddi əyalətində yerləşən 167 tibbi xidmət zonasından 65-ni (38,9 faiz) əhatə edib.

Ebolanın hazırkı yayılması mayın 15-də KDR və Uqandada başlayıb. Uqanda hakimiyyəti iyulun 28-də ölkə ərazisində epidemiyanın başa çatdığını elan edib. Avqustun 25-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu məlumatı təsdiqləyib.

Oktyabrın 6-da Keniya hakimiyyəti ölkədə ilk Ebola virusuna yoluxma halının qeydə alındığını açıqlayıb. KDR-ə səfər etmiş Keniya vətəndaşı virusa yoluxduqdan sonra xəstəxanada vəfat edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti