Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

Siyasət Xəbər 13 Oktyabr 2026 13:49 (UTC +04:00)
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial medai hesabında paylaşım edib.

"Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına, eləcə də mülki infrastruktura qarşı törədilmiş son hücumlar nəticəsində həyatını itirən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq. Yaxınlarını itirən ailələrə bu ağır itki ilə əlaqədar dözüm və səbir diləyirik" - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu Ər-Riyad hava limanına husilərin hücumu nəticəsində 12 nəfərin həlak olduğunu, 309 nəfərin yaralandığını açıqlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti