Bakı. Trend:
Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Bakı metrosunun Qırmızı xəttində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək.
Qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil olunacaq. Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.
