Kamboca Azərbaycanla ticari-iqtisadi əlaqələri genişləndirmək niyyətindədir

İqtisadiyyat Xəbər 12 Oktyabr 2026 16:22 (UTC +04:00)
Kamboca Azərbaycanla ticari-iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Kamboca Azərbaycanla ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsində və iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumunda Kambocanın ticarət naziri Çam Nimul bildirib.

Onun sözlərinə görə, forum iki ölkənin müəssisələrinə birbaşa əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və qarşılıqlı bazarlarda əməkdaşlıq imkanlarını araşdırmaq üçün şərait yaradır.

Nazir qeyd edib ki, kommersiya əlaqələrinin möhkəmləndirilməsi üçün dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın davam etdirilməsi vacibdir.

“Kambocanın Ticarət Nazirliyi işgüzar əlaqələrin qurulmasına, bazar məlumatlarına çıxışın yaxşılaşdırılmasına və praktiki məsələlərin həllinə dəstək göstərmək məqsədilə azərbaycanlı həmkarları və müvafiq ticarət palataları ilə sıx əməkdaşlığa ümid edir”, - deyə o bildirib.

Ç.Nimul vurğulayıb ki, əsas məqsəd işgüzar təşəbbüslərin inkişafı və iki ölkə arasında uzunmüddətli kommersiya tərəfdaşlıqlarının qurulması üçün əlverişli şərait yaratmaqdır.

O, həmçinin yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində özəl sektor nümayəndələrinin iştirakının vacibliyini qeyd edib və bildirib ki, işgüzar müzakirələrin nəticələri dövlət qurumlarına ikitərəfli ticarətə daha səmərəli dəstək göstərməyə kömək edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti