Bakı. Trend:
Ərəb Dövlətləri Liqası Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatının (husilərin) tərəfdarlarının Səudiyyə Ərəbistanına davam edən hücumlarını pisləyib və bu hücumları beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması hesab edib.
Bu barədə təşkilatın bəyanatında bildirilib.
“ƏDL husilərin Səudiyyə Ərəbistanına hücumlarını qətiyyətlə pisləyir. Mülki aviasiya obyektlərinə təkrarlanan zərbələr son dərəcə təhlükəli eskalasiyaya doğru atılan addım və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”, – deyə Misirin “Əl-Qahira əl-İxbariya” telekanalının yaydığı ƏDL-in bəyanatında qeyd olunub.
ƏDL həmçinin vurğulayıb ki, təşkilat Səudiyyə Ərəbistanının təhlükəsizliyini “ərəb ölkələrinin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi” hesab edir.