Beyləqan. Trend:
Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Bolsulu qəsəbə sakini Məhəmməd Səfərəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən elektrik xətti qırılaraq avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən düşmək istəyərkən ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub və sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.