Səhiyyə naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Cəmiyyət Xəbər 9 Oktyabr 2026 17:40 (UTC +04:00)
Səhiyyə naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın, o cümlədən səhiyyə sahəsində həyata keçirilən birgə layihə və təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Səhiyyə naziri Teymur Musayev qonağı salamlayaraq, BMT və onun ixtisaslaşdırılmış qurumları ilə Azərbaycan arasında səhiyyə sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Nazir əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, xəstəliklərin profilaktikası və səhiyyə sisteminin davamlılığının gücləndirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Teymur Musayev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə sağlamlığın və rifahın təmin edilməsinə yönəlmiş məqsədlərin Azərbaycanda həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Nazir səhiyyə sahəsində rəqəmsal transformasiya, müasir yanaşmaların tətbiqi, tibbi xidmətlərin inkişafı və insan kapitalının gücləndirilməsi istiqamətlərində həyata keçirilən tədbirləri qeyd edib.

Öz növbəsində Dmitro Şlapaçenko BMT-nin Azərbaycanda səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə və mövcud tərəfdaşlığın daha da gücləndirilməsinə hazır olduğunu bildirib. O, Azərbaycan Səhiyyə Nazirliyi ilə BMT qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüş zamanı səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, BMT-nin müvafiq qurumları ilə birgə layihələrin həyata keçirilməsi, əhalinin sağlamlığının qorunmasına yönəlmiş təşəbbüslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti