Azərbaycan cüdo üzrə dünya çempionatında daha bir medal qazanıb

İdman Xəbər 8 Oktyabr 2026 18:53 (UTC +04:00)
Azərbaycan cüdo üzrə dünya çempionatında daha bir medal qazanıb

Bakı. Trend:

Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanja Majdova qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan millisinin mundialda 5-ci medalı olub. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) qızıl, Zelim Tçkayev (81 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti