Tramp Rusiyadakı laboratoriyada baş verən insidentin bioloji silahla bağlı olduğunu düşünmür

Dünya xəbərləri Xəbər 7 Oktyabr 2026 21:50 (UTC +04:00)
Tramp Rusiyadakı laboratoriyada baş verən insidentin bioloji silahla bağlı olduğunu düşünmür
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

“Onlar vəziyyətin tam nəzarət altında olduğunu deyirlər”: Tramp Rusiyadakı laboratoriyada baş verən insidentin bioloji silahla bağlı olduğunu “düşünmür”

ABŞ Rusiyada bir tədqiqat institutunda vəba üzərində işləyən laboratoriya əməkdaşının ölümünün bioloji silahla əlaqəli olduğunu “düşünmür”. Bunu ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib.

“Biz bunu çox tezliklə öyrənəcəyik, amma belə olduğunu düşünmürük”, – deyə ABŞ Prezidenti Ağ Evdə bu ehtimalla bağlı suala cavab verərkən bildirib. O, Rusiya hakimiyyətinin mövqeyinə toxunaraq əlavə edib: “Onlar vəziyyətin tam nəzarət altında olduğunu deyirlər”.

Oktyabrın 4-də Rusiya İstehlakçı Hüquqlarının və İnsan Rifahının Müdafiəsi Federal Xidmətinin mətbuat xidmətindən bildirilib ki, İrkutsk vilayətində sanitar-epidemioloji vəziyyət sabitdir.

Qurum vurğulayıb ki, Sibir və Uzaq Şərq İrkutsk Taunla Mübarizə İnstitutunun əməkdaşında, etiologiyası müəyyən edilməyən pnevmoniya aşkar edilməsi ilə bağlı xüsusi tədbirlər kompleksi həyata keçirilib.

Genişləndirilmiş tədqiqatların nəticələrinə əsasən, xəstədən götürülmüş materialda onun peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizmlər aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti