Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib

Cəmiyyət Sənəd 7 Oktyabr 2026 10:19 (UTC +04:00)
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adı verilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə qırğız xalqının dastan qəhrəmanı Ayköl Manasın adı verilib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Ağdam Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından inşa etdirilib. 2024-cü il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. 2025-ci il iyul ayının 3-də isə Prezident İlham Əliyev və Prezident Sadır Japarov məktəbin açılışını ediblər.

528 şagird yerlik tam orta məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb.Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti