Bakı. Trend:
Çexiya gələn ilin mayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək “Avroviziya-2027” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək.
Bu barədə Çexiyanın ictimai yayımçısı “Çeska televize” (CT) məlumat yayıb.
İştirakdan imtinanın səbəbi maliyyə ilə bağlı problemlərdir. Daha əvvəl yayımçı 2027-ci ildə büdcə xərclərini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını bəyan etmişdi.
Xatırladaq ki, sentyabr ayında İrlandiyanın RTE tele-radio şirkəti İsrailin Qəzza sektorundakı fəaliyyətlərinə etiraz olaraq ölkənin 2027-ci ildə illik “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcəyini və müsabiqəni yayımlamayacağını elan edib.
Avqust ayında Niderlandın “AVROTROS” tele-radio şirkəti də analoji açıqlama ilə çıxış edib.
