Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri son 12 həftə ərzində İranın blokadasını pozaraq onun limanlarına gedən və ya oradan çıxan 13 ticarət gəmisini məhv edib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Son 12 həftə ərzində CENTCOM qüvvələri blokada rejimini pozan və ya İran İslam İnqilabı Keşikçiləri Korpusunun milyardlarla dollar dəyərində kölgə şəbəkəsinə daxil olan 13 kommersiya gəmisini məhv edib”, - deyə məlumatda bildirilib.
Komandanlıq CENTCOM qüvvələrinin ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasına ciddi riayət olunmasını təmin etdiyini vurğulayıb. ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə blokadanın iyulun 14-də bərpa edilməsindən sonra ümumilikdə İran limanlarına daxil olmağa və ya oradan çıxmağa cəhd edən 130 kommersiya gəmisi saxlanılıb, ABŞ-ın tələblərinə tabe olmaqdan imtina edən üç gəmi sıradan çıxarılıb, humanitar yardım daşıyan 70-dən çox kommersiya gəmisinə isə blokada zonasından keçməyə icazə verilib.